Dövlət İmtahan Mərkəzində (DİM) aprelin 21-də növbəti TOEFL IBT imtahanı keçiriləcək.
DİM-dən bildiriblər ki, TOEFL IBT imtahanı qurumun Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
İmtahan saat 9.00-da başlanacaq. İmtahanda iştirak edən şəxslər saat 8.15-dək imtahan binasında olmalıdırlar.
TOEFL® imtahanı haqqında ümumi məlumat almaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil olmaq lazımdır.