Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abituriyentlərin nəzərinə: Ərizə qəbulu bu gün başa çatır

Tarix:30-04-2018, 12:56
Baxış Sayı:743

Abituriyentlərin nəzərinə: Ərizə qəbulu bu gün başa çatır


Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).

30 aprel saat 09:30-dək olan məlumata əsasən, 84377 abituriyent elektron ərizəsini təsdiq edib.

Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına aid olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlu­matların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən "Abituriyentin elektron ərizəsi" forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir). Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlərin nəzərinə çatdırırıq ki, SQK-lar bu gün saat 17:00-dək fəaliyyət göstərəcək.

Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda 2018-ci il mayın 17-dən iyunun 14-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize/ internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istədiklərini qeyd etməyən abituriyentlər isə qeydiyyatdan keçmədən ikinci imtahanda iştirak edirlər.

Bakı raketlərlə bağlı Moskva və İrəvandan açıqlama tələb edir - GƏLİŞMƏ
Bakı raketlərlə bağlı Moskva və İrəvandan açıqlama tələb edir - GƏLİŞMƏ
Prezident İlham Əliyev: “Biz tarixi həqiqətləri bilməliyik”
Prezident İlham Əliyev: “Biz tarixi həqiqətləri bilməliyik”
Azərbaycan əsgərinin ayaq səsləri 10 min erməninin fərarilik etməsinə səbəb oldu
Azərbaycan əsgərinin ayaq səsləri 10 min erməninin fərarilik etməsinə səbəb oldu
Qarabağa tez qayıtmağın yeganə yolu: – Birgə addımlamalıyıq
Qarabağa tez qayıtmağın yeganə yolu: – Birgə addımlamalıyıq
“Böyük Ermənistan” xülyasıyla yüz minlərlə azərbaycanlı erməni qatilləri tərəfindən qətlə yetirilib”
“Böyük Ermənistan” xülyasıyla yüz minlərlə azərbaycanlı erməni qatilləri tərəfindən qətlə yetirilib”
İradə Gülməmmədova bayram günlərində şəhid ailəsinə baş çəkdi
İradə Gülməmmədova bayram günlərində şəhid ailəsinə baş çəkdi
Rayon başçısı vaksinasiya prosesini izlədi
Rayon başçısı vaksinasiya prosesini izlədi
Azərbaycanlılar Qarabağa qalib kimi birdəfəlik qayıdır!
Azərbaycanlılar Qarabağa qalib kimi birdəfəlik qayıdır!
Prezident İlham Əliyev: “Azərbaycan şəhərləri işğal dövründə dağıdılıb”
Prezident İlham Əliyev: “Azərbaycan şəhərləri işğal dövründə dağıdılıb”
İradə Gülməmmədova COVİD-19 əleyhinə peyvənd olundu
İradə Gülməmmədova COVİD-19 əleyhinə peyvənd olundu
Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldı
Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını aldı
İlham Əliyev: “Bu böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi”
İlham Əliyev: “Bu böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi”
İlham Əliyev: “Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”
İlham Əliyev: “Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”
Azərbaycanın açıq xarici siyasəti: - Etibarlı tərəfdaşlıq və milli maraqlar...
Azərbaycanın açıq xarici siyasəti: - Etibarlı tərəfdaşlıq və milli maraqlar...
Yeni Azərbaycan Partiyası qələbələr partiyası kimi nüfuz qazanıb
Yeni Azərbaycan Partiyası qələbələr partiyası kimi nüfuz qazanıb
Prezidenti İlham Əliyev: “Düşməndən intiqamımızı döyüş meydanında aldıq”
Prezidenti İlham Əliyev: “Düşməndən intiqamımızı döyüş meydanında aldıq”
Prezident İlham Əliyev: “Bu baş tutsa, onlar sülhün xeyrini görəcəklər”
Prezident İlham Əliyev: “Bu baş tutsa, onlar sülhün xeyrini görəcəklər”
Qarabağın inkişafı və bərpası hökumətin əsas prioritetidir
Qarabağın inkişafı və bərpası hökumətin əsas prioritetidir
“Qobu” enerji layihəsi üzrə kadr hazırlığı aparılır
“Qobu” enerji layihəsi üzrə kadr hazırlığı aparılır