Abşeron qəzetinin yeni sayı
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
1-05-2018, 21:44 Oxunub: 778

Xırdalan Şəhər 2 nömrəli tam orta məktəbdə Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib

Xırdalan Şəhər 2 nömrəli tam orta məktəbdə Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib


Mayın 1-də Xırdalan Şəhər 2 nömrəli tam orta məktəbdə Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı məktəbin direktoru Ədalət Camalova da iştirak edib.

Öncə iştirakçılar mülki müdafiə gününə həsr olunmuş "açıq dərs"lərdə olublar və şagirdlər zəlzələlər, torpaq sürüşmələri, qaz partlamaları, vulkanlar, yanğınlar və s. mövzularda qısa məlumat veriblər.

Sonra məktəbin həyətində süni yanğın hadisəsi təşkil olunub və həyəcan siqnalı verilib. Növbətçi müəllimlərin köməyi ilə məktəbin şagirdləri dörd dəqiqə ərzində binadan təxliyə olunub. Təxliyə olunan andan şərti xilasetmə əməliyyatına başlanılıb. Əvvəlcə “112” qaynar telefon xəttinə məlumat verilib.. Növbətçi müəllimlərin köməyi ilə şagirdlər məktəbin həyətinə köçürülüb. Post, manqalar və siniflər öz yerini tutub. Süni yaradılmış yanğın barədə məlumatlandırılan dəstənin üzvləri əlehqazlarla və yanğınsöndürmə vasitələri ilə dərhal hadisə yerinə gələrək, yanğını sondürüb, "zərərçəkən"ləri tibb bacılarına təhvil veriblər. Hərbi rəhbər raport verib.

Yuxarı sinif şagirdlərindən təşkil olunmuş Mülki Müdafiə dəstələri "zəlzələ" olduğu barədə məlumat aldıqdan sonra hadisə yerinə 4 nəfərdən ibarət kəşfiyyat qrupu göndərib. Kəşfiyyatçılar hadisə yerində dağıntı baş verdiyi, 2 nəfərin huşsuz vəziyyətdə olduğu barədə xəbər verdikdən sonra xilasetmə qrupu hadisə yerinə zərərçəkmişləri xilas etmək üçün göndərilib. Xilasetmə qrupu zərərçəkənləri təxliyə edərək tibbi yardım qrupuna təhvil veriblər. Tibbi yardım dəstəsi "yaralı"lara sarğılar və şinalar qoyaraq onları səyyar hospitala yerləşdiriblər.

Məktəbin direktoru Ədalət Camalova çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Toplantının profilaktik xarakter daşıdığını bildirən Ə. Camaıova buna baxmayaraq, bir anlıq da olsa həyəcan yaşadıqlarını nəzərə çatdırıb. Sözügedən hadisələr zamanı ayıq olmağı və həmin vaxt nəzəri biliklərdən istifadə etməyin zəruriliyini diqqətə çatdıran direktor siniflərdə müşahidələr aparıldığı zaman şagirdlərin mülki müdafiə biliklərinin yüksək səviyyədə olduğunu qeyd edib.

Şamo Əliyev

Xırdalan Şəhər 2 nömrəli tam orta məktəbdə Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib
Xırdalan Şəhər 2 nömrəli tam orta məktəbdə Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib
Xırdalan Şəhər 2 nömrəli tam orta məktəbdə Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib
Xırdalan Şəhər 2 nömrəli tam orta məktəbdə Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib
Xırdalan Şəhər 2 nömrəli tam orta məktəbdə Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib
Xırdalan Şəhər 2 nömrəli tam orta məktəbdə Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib
Xırdalan Şəhər 2 nömrəli tam orta məktəbdə Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib
Xırdalan Şəhər 2 nömrəli tam orta məktəbdə Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib
Xırdalan Şəhər 2 nömrəli tam orta məktəbdə Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirilib
XƏBƏR LENTİ
Dünən, 16:34 | Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşübDünən, 14:37 | Digah məktəbinin kollektivi leykozdan əziyyət çəkən şagirdə baş çəkibDünən, 12:12 | Suriyanın şimalında əməliyyatlar başlanandan öldürülən terrorçuların sayı 550-yə çatıbDünən, 12:09 | Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində köməkçi yolda hərəkət tam məhdudlaşdırılıbDünən, 12:00 | Prezident İlham Əliyev Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib11-10-2019, 15:33 | İradə Gülməmmədova Görədil sakinlərilə görüşdü10-10-2019, 16:23 | Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib10-10-2019, 15:43 | Uşaqlara qayğı ölkənin gələcəyinə qayğıdır10-10-2019, 11:52 | Səyyar “ASAN xidmət” Xırdalanda10-10-2019, 11:42 | Komitə sədri: “Bu gün ən ağrılı problemlərdən biri köçürülmə ilə bağlıdır”10-10-2019, 11:40 | Prezident İlham Əliyev Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya nazirini qəbul edib10-10-2019, 10:21 | Əli Əsədov Baş Nazir kimi ilk onunla görüşdü10-10-2019, 10:17 | Noyabrda ardıcıl 3 gün iş olmayacaq10-10-2019, 10:04 | Dağlıq Qarabağın azərbaycanlı icması Şuşadakı məscidin ermənilər tərəfindən “təmir-bərpası”nı pisləyən bəyanat yayıb10-10-2019, 09:57 | Azərbaycan yığması Bəhreyn millisinə qalib gəlib10-10-2019, 09:48 | Türkiyə hərbçiləri terrorçulara məxsus 181 sığınacağı məhv edib9-10-2019, 16:03 | Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə ediblər9-10-2019, 15:52 | Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib9-10-2019, 13:36 | Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib9-10-2019, 12:55 | Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür9-10-2019, 10:13 | Polşa portalında Yanardağ haqqında məqalə yer alıb9-10-2019, 10:10 | Abşeronun bəzi yerlərində qaz olmayacaq