1963-cü ildən rayon olaraq yaradılan Abşeronun yarıməsirlik fəaliyyəti 2013-cü ildə abşeronlular tərəfindən silsilə tədbirlər şəklində mütəmadi qeyd olundu.Bu tədbirlər sırasında maraqlı, rəngarəng , öz şirinlikləri ilə seçilən rayonun Uşaq bağçalarının birgə hazırladıqları tədbir oldu.Tədbir rayonun Xırdalan şəhərində yerləşən Mədəniyyət Evində təşkil olunmuşdu.Abşeronun tarixini, mədəniyyətini, incəsənətini özündə əks etdirən tədbir körpə fidanların ifasında böyük rəğbətlə qarşılandı.