Xırdalanda Şuşa qarabağın gözüdür adlı tədbir keçirildi (Video+Foto
Tarix:9-05-2018, 00:40
Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərinin erməni qəsibkarları tərəfindən işğalından 26 il ötür. Bu münasibətlə Xırdalan 17 saylı körpələr evi-uşaq bağçasında “Şuşa qarabağın gözüdür” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan bağçanın müdiri Könül İbrahimova şagirdlərə Şuşanın işğal olunması haqqında ətraflı məlumat verdikdən sonra Vətən torpağı uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Bağçanın tərbiyəçisi Safura Mustafayeva ” Şuşasız 26 il ” adlı məruzə ilə çıxış edib.
Sonda bağçanın körpə fidanları “Şuşa, biz sənə qayıdacağıq” adlanan ədəbi-bədii kompozisiyanümayiş etdiriblər.