Xırdalan şəhər 27 saylı körpələr evi-uşaq bağçasında Şuşa şəhərinin işğalının 26-cı ildönümü ilə əlaqədar "Bir də dönsəm Şuşaya” adlı tədbir keçirilib.
Tədbirdə Şuşanın işğalı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Bağçanın müdiri Samirə Məmmədova bildirib ki, mayın 8-də Azərbaycanın sənət beşiyi, şöhrət tacı olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 26 il keçir. Şuşa şəhərində baş vermiş qanlı hadisələr, bu böyük mədəniyyət diyarının ermənilər tərəfindən vəhşicəsinə məhv edilməsi heç vaxt unudulmayacaqdır.
Sonda bağçanın körpə fidanları Şuşa haqqında şeirlər söyləyiblər.