Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan və Cocuq Mərcanlı məktəbləri qardaşlaşdı

Tarix:29-05-2018, 22:01

Xırdalan və Cocuq Mərcanlı məktəbləri qardaşlaşdı

Cocuq Mərcanlı məktəbliləri Abşeronlu dostlarını doğma Cəbrayılda qarşılayıb.

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Nümayəndə heyəti səfər çərçivəsində əvvəlcə aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər gül dəstələri qoyublar.

Cocuq Mərcanlı məktəbliləri plakatlar, şüarlarla Xırdalan məktəblilərini məktəbin qarşısında böyük coşqu ilə qarşılayıb. Xırdalan 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri məktəblə yaxından tanış olduqdan sonra Qardaşlaşma haqqında saziş imzalayıblar.

Sazişi hər iki məktəbin direktoru imzalayıb. Cocuq Mərcanlı məktəbin direktoru Zamin Həziyev məktəblərin qardaşlaşmasını xoş hadisə adlandırıb: “Biz çox sevinirik ki, Xırdalan məktəbi ilə bundan sonra birgə fəaliyyət göstərəcəyik. Belə bir layihə həyata keçirdiyinə və ilk olaraq bizim məktəbi seçdiyinə görə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Ədalət Camalovaya minnətdarlıq edirəm. Bu gündən uğurlarımıza birgə sevinəcək, problemlərimizi birgə aradan qaldıracağıq. Görəcəyimiz bütün işlər Azərbaycanımızın daha da inkişaf etməsi, cəmiyyətimizin bilikli olması üçündür”.

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Ədalət Camalova qardaşlaşan Xırdalan və Cocuq Mərcanlı məktəbliləri bir-biri ilə daim əlaqə saxlamağa, dostluğun, qardaşlığın bariz nümunəsinə çevrilməyə çağırıb, bu günün “Qardaşlaşma sazişi” imzalamış məktəblilərin yaddaşından heç vaxt çıxmayacağını deyib.

Cocuq Mərcanlı məktəbi ilə ilk dəfə Xırdalan məktəbinin qardaşlaşmasından qürur duyduğunu dilə gətirən məktəbin direktoru çıxışında onuda qeyd edib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərdən biri də güclü ordunun yaradılmasıdır: "Bu ordu öz gücünü 2016-cı ildə aprel döyüşlərində göstərib və 3 rəngli bayrağımızı düşməndən azad edilən torpaqlarda ucaldıb. Əminik ki, yaxın zamanlarda 3 rəngli bayrağımız işğaldan azad edilmiş Şuşada, Xankəndində dalğalanacaq".

Qardaşlaşan məktəblilər də iştirak etdikləri layihə çərçivəsində keçirdikləri xoş saatları heç vaxt unutmayacaqlarını deyiblər.

Sazişin imzalanmasından sonra Cocuq Mərcanlı məktəbinin binasında dəyirmi masa keçirilib. “Mənim arzum budur ki..” mövzusunda keçirilən müzakirələrdə hər iki məktəbin müəllimləri və şagirdləri arzularını dilə gətiriblər. Onlar işğalda olan Azərbaycan torpaqlarının azad olunmasının ən böyük arzuları olduğunu bildiriblər. Bunun üçün isə Vətənə layiqli, vətənpərvər, bilikli gənclərin yetişdirilməsinin vacibliyini vurğulayıblar.

Məktəblə tanışlıqdan sonra nümayəndə heyəti Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində inşa edilmiş məscidlə yaxından tanış olub. Səfər zamanı məktəblilər Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və tikinti işləri ilə tanış olublar.

Şamo Əliyev

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib