Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə “Əlifba bayramı” keçirilib. “Əlifba bayramı”nda Abşeron RTŞ-nın əməkdaşları, məktəbin müəllim kollektivi, şagirdlər və valideynlər iştirak edib. Birincilər müəllim və valideynləri qarşısında çıxışlar nümayiş etdirib, Vətənin sərvətləri, adət-ənənələri haqqında biliklərini bölüşüblər.
Təntənəli və maraqlı keçən tədbir hər kəsdə xoş əhvali-ruhiyyə yaradıb.