Uşaqların sağlamlığının möhkəmləndirilməsi, orqanizmin müqavimət qabiliyyətinin yüksəldilməsi və onların fiziki inkişafını təmin etmək üçün Xırdalan şəhər 15 nömrəli körpələr evi-uşaq bağçasında fiziki tərbiyədən "Açıq məşğələ" təşkil olunub.
Məşğələni giriş sözü ilə açan bağçanın müdiri Mətanət Novruzova qeyd edib ki, sevindirici haldır ki, hazırda bu iş Abşeron rayonunun uşaq bağçalarında xüsusi proqramlarla həyata keçirilir. Bağçamız burada tərbiyə alanların fiziki cəhətdən sağlam və gümrah böyüməsi uğrunda əzmlə çalışır. Bağçanın pedaqoji kollektivi fiziki tərbiyənin inkişafını həmişə ön plana çəkir, bu vacib məsələnin həllində bir sıra məqsədyönlü tədbirlər həyata keçirir. Pedaqoji kollektivin gündəlik fəaliyyətinin əsasını təşkil edən uşaqların fiziki tərbiyəsi məsələsinə yaradıcı yanaşan tərbiyəçilər idmanın müxtəlif növlərinə və milli xalq oyunlarına xüsusi diqqət yetirirlər.
Çıxışlardan sonra bağçanın balaca fidanları 2 qrupa bölünərək müxtəlif estafetlərlə yarışıblar.