Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Gənc xanım müəllim atalara səsləndi: ”Övladınızın uğuru üçün anasını sevin”

Tarix:12-09-2018, 15:27

Gənc xanım müəllim atalara səsləndi: ”Övladınızın uğuru üçün anasını sevin”


"Uşağın qəlbinə yol tapmaq istəsəniz ,onun anasını sevin"...

Uğurlu şagirdlər sevgidolu ailələrdən çıxır. 90% nəticələr bunu sübut edər. Tibdə də hər-halda bunu həkimlər təsdiq edər ki, bir-birini sevən gənclərin övladları daha sağlam, məntiqli doğulurmuş. Bilmirəm səbəb nədir? Yəqin ki, bunun bir elmi cavabı vardır... Ailə quranda sevgi önəmli olmalıdır. Çünki övladın sağlam düşüncəli, dərrakəli olması, psixi durumunun qaydasında olması üçün ata-ana münasibətlərində sevgi, diqqət, qayğı önəmlidir. Bir dəfə belə bir ifadə oxudum: uşağın qəlbinə yol tapmaq istəsən onun anasını sev. Bəli, uşağı aqressivləşdirən, səndən soyudan məqamlardan biri və birincisi bu olacaq. Yəqin onun anasını incitmisən. Uşaq üçün ata və ana sevgisinin fərqi olmur, o, valideynlərini eyni sevər. Ancaq nə zaman ki ata ananı incidər, bax o zaman uşağın həyatı sönər. Ağlı qalar incidilmiş anasının durumunda. Onun körpə qəlbində lüzumsuz kədər, sarsıntı baş verər. Bu isə onun düşüncəsinə, məntiqi düşünmə qabiliyyətinə, idrakına, psixikasına mənfi təsir edir.

Şagirdlərlə işləyərək belə bir təcrübə qazanmışam ki, uğurlu şagirdlərin arxasında bir-birini sevən ata-analar durur.

Gələcəyin atalarına səslənirəm: cəmiyyətimizə belə övladlar bəxş etməyin, xahiş edirəm. Sevmədən ailə qurmayın. Bu ilk öncə xanımınızı, sonra isə canınızın yarısı övladınızı məhv edəcək. Sevilməyən ananın sarsıntısını uşaqlar hələ-hələ həzm edə bilmir. Bu zərbəylə nə də doğru-düzgün təhsilə, təlimə istiqamətlənə bilər. Gələcəyimiz olan körpələri qoruyun.

Sevdiyiniz qadınla evlənin, uşaqları travma ilə məhv etməyin!

Övladlarınıza anasını sevdiyini hissetdirdikcə özünüzə qarşı sevgi yaradacaqsınız. Uşaqlara nədənsə analar, belə demək mümkünsə, bir köynək daha yaxındır. Bu, həm bioloji, həm mənəvi bağlılıqdı. Tədris vaxtı anlayırsan ki, hansı uşağın evdə probləmli situasiyaları yoxdursa, o, daha çox dərsə diqqət edə bilir. Əfəndilər, bu, çox normaldı. Uşağın fikri döyülən ,söyülən, təhqir edilmiş, şəxsiyyəti uşağın və ya qıraqdakıların yanında alçalmış anasının yanında necə olmaya bilər? Uşağın anasını sevməmək, gələcəkdə övladınızın nifrətinə səbəb olacaq və sizə qarşı aqressiyası uşağı məhvə aparacaq. Beləcə, kimisə incitməlidi ki, bu hirsini kimdənsə çıxarsın. Onun uşaqlıqdan travması var axı… Valideyn usağa necə münasibət göstərsə, uşaq da ətrafdakılarla ünsiyyətdə o münasibəti tətbiq edəcək. Uşaq nə görsə, götürür. Yaxşılıq toxumu əkin ki, biçəsiniz və sonra, bəzi atalar, bu uşaq kimə oxşadı deyə təəccüblənməyin. Bir dəfə dönüb keçmişdə uşağınıza qarşı etdiyiniz münasibətə baxın. Atalarınıza bənzəməkdən çox, uşağınızın sevdiyi ata olun. Ataların səhvi buradan başlayır - anaya sevgisizlikdən. Uşağın acısı da burdan qaynaqlanır və hər il daha da artır. Axı uşaqlar hər yaşda başqa cür düşünür.

Bir qədər diqqət, qayğı və sevgi bəs edir ki, övladınız təhsildə uğur qazana bilsin.

Öz anasını sevən kişi, övladının da anasına hörmət edər.Çünki bilməlidir ki, övladına anası necə əzizdir... Sevdiyiniz qadınla evlənin, uşaqları travma ilə məhv etməyin. Bu qədər aqressiya ilə uşaqları cani, quldur yetişdirməyin.Uğurlu şagirdin həyat şəraitini təmin etmək lazımdır. Bu, maddiyatla ölçülmür. Bir qədər diqqət, qayğı və sevgi bəs edir ki, övladınız təhsildə uğur qazana bilsin. Uşaqlara başqa problemlər yaşatmayın, onlar sevgidən məhrum olmasınlar. Sevgidolu ailədən çıxan uşaqlar bir başqa uğurlu olur, buna əmin olun.Gələcəyimizi özümüz yetişdirək, sevgi və sayğıyla... Bu çox önəmlidir. Ailəmizə, qohumlara, yaxınlara nəzər salaq. Hansı ailələrdə uşaqlar daha çox yalnışlar etdi? Əlbəttə, atası anasını sevməyən ailələrdə uşaqlar daim əziyyət çəkdi...Övladlarınızı qoruyun, sonra taleh övladlarınıza sayqısızlığınızı üzünüzə vuranda təəccüblənməyin...

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib