Sentyabrın 17-də Bakı Dövlət Universitetində (BDU) 2018-2019-ci tədris ilinin başlanması və “Bilik günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik edib. Rektor bu il universitetə beş min tələbənin qəbul olunduğunu diqqətə çatdırıb.. BDU-da qazanılan nailiyyətlərdən danışan akademik A.Məhərrəmov hazırda universitetdə 23 min tələbənin təhsil aldığını bildirib.
Digər çıxış edənlər də yeni tədris ilində müəllim və tələbələrə uğurlar arzulayıblar.