1 Saylı körpələr evi–uşaq bağçasında "Bilik günü" tədbiri
Tarix:17-09-2018, 22:56
Xırdalan şəhərindəki 1 nömrəli körpələr evi-uşaq bağçasında "Bilik gününüz mübarək" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə bağçanın müdiri Vüsalə Məşədiyeva açaraq tərbiyəçiləri, körpələri, qonaqları salamlayıb, tədbirin mənası və məzmunu haqqında ətraflı məlumat verib.
V. Məşədiyeva bildirib ki, bağçalarından bu il 20 uşaq ümumtəhsil məktəblərinə yola salınıb. Onların Vətənimiz üçün layiqli övladlar kimi yetişəcəklərinə əminik. Bağçanın kollektivi yeni tədris ilini böyük ruh yüksəkliyi ilə qarşılayır. Bütün qrup otaqlarında səliqə-sahman yaradılıb, təmizlik işləri aparılıb, ağacların dibləri boşaldılıb, kölgəliklər rənglənib.
Sonda bağçada tərbiyə alan uşaqlar şeir, mahnı, rəqs və səhnəciklərlə qonaqlar qarşısında çıxış ediblər.
"Absheronxeber.az" tədbirdəki fraqmentlərdən ibarət görüntüləri təqdim edir: