Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasında təşkil olunan “Bilik günü”ndə bağcanın müdiri Könül İbrahimova, bağçanın balaca fidanları və onların valideynləri iştirak ediblər. Bağcanın müdiri K.İbrahimova uşaqları “Bilik günü” münasibəti ilə təbrik edib, onlara cansağlığı, firavan həyat, dərslərində nailiyyətlər arzulayıb. O, bildirib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə uşaqların hərtərəfli inkişafı, müasir bilik və vərdişlərə yiyələnmələri üçün hər cür şərait yaradır. Son illər Azərbaycanın hər bir guşəsində uşaqlar üçün gözəl uşaq bağşaları, məktəblər tikilərək istifadəyə verilir.Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi böyük qayğı və diqqət bu gün nəinki təkcə Azərbaycanda, hətta ölkəmizdən kənarda bu barədə məlumatı olan insanları heyrət və riqqətə gətirir.
Bağça müdiri Abşeron rayonunda son illər uşaqların hüquqlarının qorunnması, onların sağlam böyümələri və mükəmməl təhsil almaları üçün Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova tərəfindən yaradılan şəraitdən də həvəslə danışıb.
Tədbirdə uşaqların ifasında rəngarəng bayram proqramı təqdim olunub. Uşaqlar şeirlər söyləyib, mahnılar oxuyub, rəqs nömrələri nümayiş etdiriblər.
Şamo Əliyev