Abşeron qəzetinin yeni sayı
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
10-10-2018, 15:03 Oxunub: 338

Azərbaycan ilə Finlandiya arasında təhsil sahəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib

Azərbaycan ilə Finlandiya arasında təhsil sahəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib


Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Finlandiyada səfərdə olub. Səfər çərçivəsində Finlandiyanın Təhsil Nazirliyi, Dövlət Təhsil Agentliyi, Omnia Peşə Təhsil Mərkəzi və Helsinki Universitetində görüşlər keçirilib.

Finlandiyanın təhsil naziri xanım Sanni Grahn-Laasonen ilə görüşdə Ceyhun Bayramov Azərbaycanda təhsil sahəsində son illərdə aparılan islahatlar haqqında məlumat verib, iki ölkə arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Sanni Grahn-Laasonen Finlandiya təhsilində görülən işlərdən danışıb, yeni qüvvəyə minmiş peşə təhsili haqqında qanunu və bu sahədə həyata keçirilən yenilik və islahatları vurğulayıb.

Görüşdə, həmçinin müəllim hazırlığı, məktəblərin idarəedilməsi və məktəb rəhbərlərinin peşəkar inkişafı üzrə mümkün əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Omnia Peşə Təhsil Mərkəzində keçirilmiş görüşdə Azərbaycan nümayəndə heyətinə mərkəzin fəaliyyəti ilə bağlı məlumat verilib, peşə təhsil proqramları və yaşlıların təhsili ilə bağlı təqdimat keçirilib. Qeyd edilib ki, 38 mindən çox təhsilalanı əhatə edən Omnia Peşə Təhsil Mərkəzi Finlandiyanın qabaqcıl və innovasiyalar tətbiq edən təhsil müəssisələrindən biridir.

Görüş zamanı peşə təhsili ixtisaslarının təsnifatı, təhsil proqramları, məzunların fərdi inkişaf proqramları və peşə təhsilinin maliyyələşmə mexanizmləri müzakirə edilib. Peşə ixtisas proqramlarının Azərbaycan təhsil sisteminə uyğunlaşdırılması və gələcəkdə tətbiqi əsas əməkdaşlıq istiqaməti kimi müəyyənləşdirilib.

Dövlət Təhsil Agentliyində (DTA) keçirilmiş görüşdə əsasən ümumi təhsilin idarəedilməsi və məzmunu, bu istiqamətdə dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və məktəblərin muxtariyyəti məsələləri ilə bağlı Finlandiya təcrübəsi müzakirə olunub.

DTA əməkdaşlarına məktəbəqədər təhsil sahəsində həyata keçirilmiş islahatlarla bağlı məlumat verilib, məktəbəhazırlıq üzrə əhatəlilik səviyyəsinin qısa müddətdə artması diqqətə çatdırılıb.

Helsinki Universitetində keçirilmiş görüşdə isə əsas müzakirə mövzusu müəllim hazırlığı olub. Təhsil və müəllim hazırlığı sahəsində dünyanın ən qabaqcıl ali təhsil müəssisələrindən biri olan Helsinki Universitetinin təcrübəsinin öyrənilməsi tədris proqramları, müəllim hazırlığına konseptual yanaşma, tədqiqatların aparılması baxımından faydalı olub.

Azərbaycan ilə Finlandiya arasında təhsil sahəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib

Azərbaycan ilə Finlandiya arasında təhsil sahəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib

Azərbaycan ilə Finlandiya arasında təhsil sahəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib

Azərbaycan ilə Finlandiya arasında təhsil sahəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib

Azərbaycan ilə Finlandiya arasında təhsil sahəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib
XƏBƏR LENTİ
Bu gün, 15:08 | Abşeronda əlillər, şəhid ailələri və veteranlara dövlət qayğısı davamlı olaraq artırBu gün, 14:52 | “Alovlu Abşeron” festivalı möhtəşəm konsert proqramı ilə yadda qalıb - FOTOLARDünən, 13:13 | "İstedadlı əlillər" ictimai birliyinin yekun hesabat konfransı20-08-2019, 16:07 | İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO19-08-2019, 14:51 | Saçı tökülənlərin nəzərinə: sizdə bu xəstəlik ola bilər - HƏKİM RƏYİ19-08-2019, 14:46 | Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək - Qaydalar təsdiqləndi19-08-2019, 12:29 | Son 6 ay ərzində Abşeronda 1362 qaz sayğacı quraşdırılıb19-08-2019, 12:27 | Xırdalana 147.5 km uzunluğunda içməli su, 77 km uzunluğunda isə yeni kanalizasiya xətti çəkilib19-08-2019, 11:27 | Üzüm qabığının bu faydasını bilirdinizmi?19-08-2019, 11:27 | Qarpız qabığının FAYDALARI. Müalicəvi reseptlər19-08-2019, 11:26 | Günvurmadan qorunmaq üçün HƏKİM TÖVSİYƏLƏRİ19-08-2019, 11:24 | Çay, qəhvə, şokolad hansı xəstəliklərdən qoruyur?19-08-2019, 11:23 | "Bu sənəd Prezidentin pensiyaçılara qayğısının əyani göstəricisidir”19-08-2019, 10:10 | QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıq19-08-2019, 10:08 | Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub19-08-2019, 09:50 | Şəhidin bacısının toyu Dövlət Himni ilə başladı - FOTOLAR16-08-2019, 16:19 | İradə Gülməmmədova Fatmayı kənd sakinlərilə görüşdü16-08-2019, 12:35 | Latviyanın Azərbaycana təyin olunan yeni səfirinin adını açıqlanıb16-08-2019, 12:34 | “Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub16-08-2019, 12:32 | “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub16-08-2019, 11:03 | Uşaqlara yanıqlar zamanı DÜZGÜN yardım16-08-2019, 09:58 | DTV-Abşeronda 6 ayın yekunlarına dair hesabat yığıncağı keçirilib