31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Xırdalan şəhərindəki 27 saylı körpələr evi-uşaq bağçasında bayram şənliyi keçirilib.
Tədbirdə çıxış edən bağçanın müdiri Samirə Məmmədova uşaqları əlamətdar bayramlar münasibətilə təbrik edib, onlara xoşbəxtlik və firəvan həyat arzulayıb.
Uşaqları “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il bayramı” münasibətilə təbrik edərən Abşeron RIH-in əməkdaşı Samirə İsmayılzadə, onlara can sağlığı, xoşbətlik və heç zaman onların simalarından uşaq təbəssümünün əksik olmamasını arzulayıb.
Şaxta baba və Qar qız maraqlı səhnəciklərlə, oyunlarla uşaqları şənləndiriblər. Rəngarəng kompozisiya ilə davam edən bayram tədbirində uşaqlar şeirlər söyləyib, şən mahnılar və rəqslər ifa ediblər.
Şənlik xoş əhval-ruhiyyə və əsl bayram ovqatı yaradıb, balacalara əyləncəli anlar yaşadıb. Bayram tədbirində uşaqlara Yeni il hədiyyələri verilib.