Digah 6 saylı uşaq bağçasında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram şənliyi keçirilib.
Yeni il şənliyində bağçanın müdiri Aygün Əhmədova balacalara can sağlığı, sevinc və heç zaman onların simalarından uşaq təbəssümünün əksik olmamasını arzulayıb.
Daha sonra şənlikdə azyaşlılar yeni ilə və Azərbaycana həsr edilən şeirlər söyləyib.
Balacaların söylədikləri şeirlər alqışlarla qarşılanıb.
Tədbir şən rəqslərin ahəngi ilə yekunlaşıb.