Artıq 8-ci ildir ki, təhsil sistemində aparılan dəyişikliklərə uyğun olaraq tam orta təhsil müəsisələrində Kurikulumdan istifadə olunur.Kurikulumun tətbiqini həyata keçirmək üçün isə müəllimlərin hazırlığı tələb olunduğundan hər il Təhsil Nazirliyi növbə ilə müəllimləri kurslardan keçirir.Beləcə müəllimlərin peşəkarlıq səviyyəsi artır , dövrün tələbinə uyğun yeni təlim üsulları ilə dərs qurmağı asanlıqla mənimsəyir.Müxtəlif fənnlər üzrə aparılan kurslar bütün respublikanı əhatə edir, o cümlədən Abşeron rayonunun müəllimləri də bu kurslarda iştirak edir.
Xırdalan şəhər 2 və 5№-li tam orta məktəblərində həyata keçirilən bu kurslarda rayonun 36 məktəbindən müəllimlər iştirak edir.Kursları "İdrak" təşkilatı həyata keçirir. 10 gün davam edən kurs müddətinin sonunda müəllimlər imtahandan keçiriləcək və imtahanı uğurla keçən müəllim sertifikatla təmin olunaraq yeni dərs ilində Kurikulum siniflərdə yəni I-VIII siniflərdə dərs apara biləcək.
Redaktor: Çinarə Sadıxova