Abşeron qəzetinin yeni sayı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
21-02-2019, 14:54 Oxunub: 284

Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib


Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdirilməli və təcrübə mübadiləsi aparılmalıdır.

Bu fikri Xarkovda Yaroslav Mudriy adına Milli Hüquq Universitetinin rektoru akademik, Ukraynanın Milli Qəhrəmanı Vasiliy Tatsiy ilə görüşündə ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev söyləyib.

Səfirin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri də gənclərin savadlı yetişdirilməsidir. Bu baxımdan ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət göstərilir. Yaroslav Mudriy adına Milli Hüquq Universitetinin tarixi ənənələri olduğunu qeyd edən A.Xudiyev burada 70-ə yaxın azərbaycanlının təhsil aldığını vurğulayıb.

Azərbaycan universitetləri ilə əməkdaşlığa hazır olduğunu deyən V.Tatsiy bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağının təcrübəsinin azərbaycanlı həmkarları ilə bölüşməkdə maraqlıdır. “Biz birgə layihələrin həyata keçirilməsinin tərəfdarıyıq və maraqlı təklifləri müzakirə etməyə hazırıq”, - deyə rektor əlavə edib.

Görüşün sonunda Universitetin kitabxanasına Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinə dair xarici dillərdə çap olunan kitablar, disklər hədiyyə edilib.

Qeyd edək ki, görüşdə Azərbaycanın Poltavadakı fəxri konsulu Elşən Vəliyev, Azərbaycan Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev də iştirak ediblər.
XƏBƏR LENTİ
20-09-2019, 19:50 | İradə Gülməmmədovanın Məmmədli kənd sakinləri ilə növbəti dəfə səyyar qəbulu keçirilib20-09-2019, 14:01 | Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib19-09-2019, 17:47 | Abşeron rayon səhiyyə şöbəsində YAP GB-nın ərazi ilk partiya təşkilatı yaradılıb19-09-2019, 12:04 | Adi soyuqdəymə ilə səhv salınan TƏHLÜKƏLİ XƏSTƏLİKLƏR19-09-2019, 12:03 | Şəkərdən xərçəngə minbir dərdin dərmanı - Cənnət meyvəsinin inanılmaz faydaları19-09-2019, 12:01 | Azərbaycan ilə Belarusun ikitərəfli münasibətlərində təhlükəsizlik fəaliyyəti mühüm əhəmiyyət kəsb edir19-09-2019, 11:04 | Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi19-09-2019, 10:09 | Hacı Əliyev dünya çempionatında “Amerikanların qənimi” ilə qarşılaşacaq18-09-2019, 17:24 | Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub.18-09-2019, 15:01 | Varikoz zamanı türkəçarə vasitələr – alma sirkəsi, zeytun yağı, sarımsaq…18-09-2019, 14:59 | Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib18-09-2019, 14:56 | Aİ və BMT İnkişaf Proqramı Azərbaycanda gender bərabərliyi sahəsində layihəni davam etdirir18-09-2019, 13:00 | Birinci vitse-prezident Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik18-09-2019, 12:54 | Təmas xəttində monitorinq insidentsiz başa çatıb18-09-2019, 12:54 | Təmas xəttində monitorinq insidentsiz başa çatıb18-09-2019, 09:56 | Bunlar da qaraciyəri zədələyir. Çox təəccüblənəcəksiniz!18-09-2019, 09:55 | Azərbaycan və Gürcüstanın ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub17-09-2019, 14:53 | Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur17-09-2019, 14:52 | Təmas xəttində növbəti monitorinq keçiriləcək17-09-2019, 14:51 | Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib17-09-2019, 10:49 | Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur17-09-2019, 09:55 | Karbondioksiddən maye yanacaq əldə edildi