Xocalı soyqırımının 27-cı il dönümü Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasının pedeqoji kollektivi tərəfindən qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın və ərazi bütövlüyümüzün qorunması yolunda canlarından keçmiş şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Daha sonra bağçanın məktəbəhazırlıq qrupunun usaqları Xocalclı həqiqətlərini özündə əks etdirən səhnəciklər nümayiş etdiriblər
Anım tədbirində bağçanın tərbiyəçi müəllimi Safura Mustafayeva çıxış edərək Xocalı hadisələri haqqında etraflı məlumat verdi. Bildirdi ki ermənilərin zaman-zaman Azərbaycan xalqının başına min bir müsibətlər acıb. 27 il əvvəl ermənilərin Xocalıda törətdikləri vəhşiliklər bütün dunyaya bəllidir. XX əsrin sonunda baş vermiş Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Sonda bağçanın uşaqları Xocalı faciəsi ilə əlaqədar şeirlər söylədilər, müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.