1967 -ci ildən hər il Çexiya respublikasında 4 -16 yaşlılar arasında "LİDİCE" adlı Uşaqların Beynəlxalq Rəsm Müsabiqəsi keçirilir.Azərbaycanda bu müsabiqəyə qoşulan ölkələr sırasında yer alır.2013-cü ildə müsabiqədə təxminən 60 ölkədən 1 200 iş təqdim olunub. O cümlədən ölkəmizidə bu müsabiqədə 5 məktəbli təmsil edib.Bunların arasında Abşeronun Saray qəsəbə 1№-li tam orta məktəbin 10 yaşlı şagirdi Abdullayeva Rəna Elman qızıda olmuşdur.Müsabiqənin qaliblərini "Fəxri fərman" və "Medal" la mükafatlandırırlar.Azərbaycanı təmsil edən 5 nəfərdən 4-ü Müslümova Nigar, Nəbiyeva Elvina, Baxşəliyev Adil, Əliyev Rəhman "Fəxri fərman"la , Abşeronlu məktəblimiz Abdullayeva Rəna isə "Medal"la təltif olunmuşdur. Şəkildə gördüyünüz bu əsərdə balaca Rənaya medal qazandıran işidir.
Redaktor:Çinarə Sadıqova