Aşağı Güzdək qəsəbə 29 saylı körpələr evi-uşaq bağçasında keçirilən ətraf aləmlə tanışlıq məşğələsində körpə fidanlara bağçanın tərbiyyəçi müəlliməsi Aybəniz Heybətova tərəfindən “Ətraf mühiti təmiz saxlamaq və təbiəti qorumaq bizim borzumuzdur” mövzusu tədris edilib.
Bağçanın həyətində düzənlənən məşğələdə əvvəlcə uşaqlar tərbiyəçinin ətraf mühiti təmiz saxlamaq və təbiəti qorumaq üçün verdiyi sualları cavablandıraraq biliklərini nümayiş etdiriblər.
Sonra tədqiqatı aparmaq üçün qruplarla iş aparılıb. Körpə fidanlar qruplara bölünüb, qrup daxilində lider seçiblər. Qruplara tapşırıqlar verilib.
A.Heybətova məşğələdə yeni təlim üsullarından və əyani vasitələrdən istifadə etdib. Məşğələ zamanı yeni mövzunun öyrənilməsi üçün motivasiya qurulub, uşaqlara qrup işində düşündürücü suallar verilib. Uşaqlar məşğələ zamanı həm öyrənib, həm də əyləniblər.
Qruplar öz işlərini təqdim etdikdən sonra tərbiyəçi müəllim tərəfindən onların işi müzakirə olunub.
Məşğələdən sonra onun təhlili aparılıb.
Aparılan təlim-tərbiyə işinin nəticəsində tədbirin yüksək səviyyədə hazırlandığını, bağçada bir çox istiqamətlərdə müsbət təcrübə toplandığını qeyd edən bağçanın müdirəsi Cimnaz Cəfərova bildirib ki, bu tədbirin ərsəyə gəlməsində tərbiyəçilərin xüsusi rolu var.