Avqustun 1-də Xırdalan şəhər 15 saylı jörpələr evi-uşaq bağçası “1 avqust-Azərbaycan dili günü və Azərbaycan əlifbası günü”nə həsr olunmuş “Azərbaycan dilim, doğma dilim” adlı tədbir keçirib.
Bağçanın müdiri Mətanət Novruzova çıxış edərək bu əlamətdar tarix münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Tədbirdə bağçanın körpə fidanları “Əlifba” mahnısın, “Kitab” , “Ana dili” , Səməd Vurğunun “Azərbaycan”, Mir Sabirin “Ana-dili” şeirlərin səsləndirib, müxtəlif rəqs nömrələri və kompozisiyalar nümayiş etdiriblər
Bayram şənliyinin sonunda “Ana dilim” mahnısının sədaları altında bütün tədbir iştirakçıları “Yallı” rəqsini ifa edib.