Abşeron Rayon Təhsil Şöbəsində İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş "Xəmsə" Milli İntellektual oyununda respublika ikincisi olmuş Abşeronı rayon Masazır kənd 1 nömrəli tam orta məktəbinin "Qəzəlxan" komandası ilə görüş keçirilib. Görüşdə Abşeron rayon icra hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov , rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, məktəbin direktoru və komanda üzvləri iştirak edib. Məktəbliləri "Xəmsə" milli intellektual oyununda qazanılmış qələbə münasibətilə təbrik edən F.Cəbrayılov bildirib ki, 32 komandanın iştirakı ilə keçirilən birincilikdə rayonumuzu təmsil edən "Qəzəlxan" komandasının qələbə qazanması sübüt etdi ki, Abşeron məktəblilərinin oyuna olan maraqları və hazırlıqları yüksək səviyyədədir.
Görüşün sonunda "Qəzəlxan" komandasının üzvlərinə qiymətli hədiyyələr təqdim olunub.
Şamo Əliyev