Bu gün Digah qəsəbə tam orta məktəbin direktoru Adil Abdullayev və rəhbərlik etdiyi kollektiv, kəskin leykoz – qan xərçəngindən əziyyət çəkən, məktəbin 8-ci snif şagirdi Nazir Allahverdiyevə baş çəkib, onun vəziyyəti ilə maraqlanıblar.
Məktəbin kollektivinə minəttarlığını bildirən Nazirin atası Ramin Allahverdiyev qeyd edib ki, bu ilin sentyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olarkən Nazirlə görüşüb, onunla söhbət edib və müalicəsinin gedişi ilə maraqlanıb .