Ceyranbatan qəsəbə 2 nömrəli körpələr evi-uşaq bağçasında da Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə bağçanın kollektivi, valideynlər və körpə fidanlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan bağçanın müdiri Zeynəb Ağayeva ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış edib.
Çıxışdan sonra söz bağçnın fidanlarına verilib. Onlar ümummilli lider Heydər Əliyevə həsr edilmiş şeirlər söyləyib, mahnılar səsləndiriblər.
Daha sonra isə Ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolunu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işləri, onun siyasi fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.