Abşeron rayon Polis idarəsinin təşkilatçılığı, Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi və digər qrumların iştirakı ilə Mehdiabad qəsəbəsində "Narkomaniya ümumibəşər bəladır" " mövzusunda növbəti maarifləndirici tədbir keçirilib
Tədbir bəşəriyyət üçün getdikcə faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə hər kəsi fəal olmağa səsləmək, ictimaiyyəti bu sahədə maarifləndirmək məqsədilə keçirilib.
Digah qəsəbə tam orta məktəbin direktoru Adil Abdullayev narkomaniya və digər zərərli vərdişlərin cəmiyyətə, ailə dəyərlərinə mənfi təsirini diqqətə çatdırıb, bu ümumbəşəri bəlaya qarşı mübarizədə cəmiyyətin hər bir fərdinin dövlətə dəstək olmasının vacibliyini qeyd edib.
Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin baş inspektoru polis mayoru Elburus Əhmədov bildirdi ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda vaxtaşırı olaraq maarifləndirici tədbirlər keçirilməlidir.Narkomaniya gənclərin cəlb olunmaması ilə hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirtdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir.
Abşeron Rayon İcra Hakimiyyətin əməkdaşı Tofiq Abdullayev narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amil olduğunu bildirdi. T.Abdullayev son illər ölkə miqyasında narkomaniyaya qarşı mübarizə tədbirlərinin geniş miqyas aldığını vurğuladı, bu istiqamətdə daha ciddi addımların atılması üçün gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd etdi. O həmçinin vurğuladıki, Rayon İcra Hakimiyyəti tərəfindən bu cür halların baş verməməsi üçün onun təşkilatçılığı ilə mütamadi olaraq təhsil müəssisələrində elmi-praktik konfranslar keçirilir
Sonda narkomaniyanın fəsadları ilə bağlı qısametrajlı film nümayiş olunub, iştirakçılarının təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.