Bu gün Abşeron rayon Uşaq Gənclər İnkişaf Mərkəzində Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət, tarixdə özünə məxsus iz qoyan lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.
Tədbir iştirakçıları önçə Heydər Əliyev Mərkəzinin önündə dahi rəhbərin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.
Mərkəzin direktoru Aytən Rüstəmova bildirib ki, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır. Azərbaycan təhsilinin hərtərəfli inkişafı da Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev ölkənin və xalqın taleyində, uğurlar qazanmasında təhsilin rolunu və əhəmiyyətini hər zaman yüksək qiymətləndirib. A.Rüstəmova qeyd edib ki, bu gün Azərbaycan təhsilində əldə olunan uğurlar, savadlı kadrların yetişməsi məhz Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Hazırda Ümummilli liderin layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz inkişafının bütün istiqamətlərində böyük uğurlara imza atır.
Tədbirdə şagirdlərin ifasında Ulu Öndərə, Vətənə həsr olunan şeirlər söylənilib.