Abşeron qəzetinin yeni sayı
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
19-01-2020, 23:02 Oxunub: 195

Xırdalanın bu bağçasında uşaqlara 20 Yanvar faciəsi haqqında məlumat verilib

Xırdalanın bu bağçasında uşaqlara 20 Yanvar faciəsi haqqında məlumat verilib

Xırdalan şəhər 3 saylı körpələr evi-uşaq bağçasında Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

Simvolik olaraq hazırlanan “Şəhidlər Abidəsi” önünə tər qərənfillərin qoyulması ilə başlayan anım tədbirində Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və 20 Yanvar faciəsində canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Sonra 20 yanvar faciəsi zamanı Sovet qoşunları tərəfindən törədilmiş qırğınlar, vəhşiliklər nəticəsində milli azadlıq, müstəqillik yolunda şəhid olan qəhrəmanların xatirəsini əks etdirən sənədli film nümayiş etdirildi.

Bağçanın müdiri Gülnarə Paşayeva çıxış edərək bildirdi ki, bugünkü tədbir Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsinə həsr olunub.

20 Yanvar faciəsinin tarixi və xalqımızın azadlıq mübarizəsi haqqında danışan G.Paşayeva vurğuladı ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik idi. Azərbaycana hərbi müdaxilə ilk növbədə milli azadlıq hərəkatını boğmağa, xalqımızı nəyin bahasına olursa-olsun əsarət altında saxlamağa yönəlmişdi.

Qeyd olundu ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm səylər göstərmişdir. Ulu öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətindən, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlətin gördüyü işlərdən danışan bağçanın müdiri vurğuladı ki, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu hadisəyə hüquqi-siyasi qiymət verilmişdir.

G.Paşayeva 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin uca tutulduğunu, şəhid ailələrinin, əlil olmuş vətəndaşlarımızın dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunduğunu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu insanlara daim diqqət göstərildiyini vurğuladı.

Bağçanın tərbiyəçiləri tərəfindən hazırlanmış "Qanlı yanvar gecəsi" adlı kompazisiya təqdim olundu, balaca fidanlar şerlər söylədi, 20 yanvar hadisələrindən bəhs edən faktları nümayiş etdirdilər.

XƏBƏR LENTİ
Bu gün, 15:33 | Abşeron rayon Heydər Əliyev Mərkəzində növbəti nigah mərasimi keçirildi15-02-2020, 08:51 | Abşeron rayonunda 4 qəsəbə və 1 kəndin yolları təmir edilir14-02-2020, 16:13 | Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib14-02-2020, 16:06 | İradə Gülməmmədova vətəndaşlarla fərdi qaydada görüşdü13-02-2020, 19:09 | Abşeronda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib13-02-2020, 18:15 | Abşeronda SHXÇDX-nin yaradılmasının 8 illiyi qeyd olunub13-02-2020, 11:49 | ELAN – İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə səyyar qəbulu keçiriləcək12-02-2020, 13:51 | İradə Gülməmmədova Heydər Əliyev prospektində görülən işlərlə tanış oldu – FOTOLAR11-02-2020, 14:46 | Avropa çempionatında püşkatma - "Qarabağ"ın rəqibləri bilindi11-02-2020, 09:23 | Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edəcək9-02-2020, 20:25 | Abşeronda Kimlər qalib oldu? - “Exit-poll”un ilkin nəticələri5-02-2020, 10:58 | Dövlətimizin siyasətində gənclər mühüm yer tutur5-02-2020, 08:59 | Abşeronun 14 yaşlı şahmatçısının uğurları artır5-02-2020, 08:49 | Abşeron rayonunun Ceyranbatan qəsəbəsində böyük tingçilik təsərrüfatı yaradılacaq1-02-2020, 16:39 | Masazırın Şıxəli Qurbanov küçəsinə yeni asfalt örtüyü döşənir - Video1-02-2020, 16:25 | Mehdiabad bələdiyyəsi genişmiqyaslı işlərə başladı1-02-2020, 09:00 | Abşeron Könüllülərindən möhtəşəm aksiya1-02-2020, 08:44 | Xırdalan şəhər 11 illik musiqi məktəbində “Balaca virtuoz” adlı müsabiqə keçirilib30-01-2020, 19:39 | Abşeronda könüllülərlə görüş keçirildi30-01-2020, 19:26 | Abşeronda 2 Fevral Gənclər Günü qeyd edildi29-01-2020, 18:14 | İradə Gülməmmədova Masazır kəndinin təmir olunacaq küçələrinə baxış keçirdi29-01-2020, 18:12 | İradə Gülməmmədova Masazır kənd sakinləri ilə görüşdü