Xırdalan şəhər 2 saylı məktəbdə" İnformatika Gecəsi " Kecirildi
Tarix:15-02-2015, 03:02
Fevralın 13-də Abşeron rayon Xırdalan şəhər 2 saylı tam orta məktəbdə "İnformatika - dünən, bu gün, sabah" mövzusunda tədbir keçirildi. Məktəbin direktor müavini və informatika müəlliməsi Dilarə Əlisutanovanın təşkil etdiyi tədbirin əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf mərhələlərini göstərmək, bu haqda şagirdlərə geniş məlumat vermək idi. Tədbirdə Abşeron rayonunda fəaliyyət göstərən bir sıra orta məktəb rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər, eyni zamanda Abşeron Rayon Təhsil şöbəsinin müdir müavini Pərviz Əhmədov, İnformatika üzrə Təhsil şöbəsinin metodisti Xalidə Hüseyinova iştirak edirdilər. Tədbir Azərbaycanın Dövlət himninin ifası ilə başladı. Sonra görkəmli alim Lütfi Zadə, eləcə də kompüter avtomatikası, ENİAC (Elektronik Numerical İnteqrator - Elektron Rəqəmli İnteqrator və Hesablayıcı), WIFI-lı lampalar haqqında maraqlı məlumatlar slaydlar vasitəsi ilə iştirakçıların diqqətinə çatdırıldı. Kompüterə aid atalar sözləri və aforizmlər səsləndirildi. Tədbir boyu şagirdlər səhnəciklərlə keçmişə və gələcəyə səyahət edərək obrazlı şəkildə keçmişlə gələcək arasında körpü yaratdılar. Şagirdlər İKT-nin keçdiyi inkişaf mərhələlərini göstərməklə yanaşı, gələcəkdə hansı inkişaf səviyyəsinə yüksələcəyini də çox maraqlı formada nümayiş etdirib tamaşaçıların alqışını qazandılar. Tədbirdə habelə şagirdlərin ifasında dilbər guşəmiz olan Qarabağ, vətənimiz Azərbaycan və Abşeron haqqında mahnılar səsləndi. Sonra informatika üzrə bilik və bacarıq yarışması keçirildi. Bir neçə mərhələdən ibarət yarışmada qalib gələn komandaya diplom və qiymətli hədiyyələr təqdimolundu. Gecənin sonunda məktəbin direktoru Ədalət xanım Camalova 2013-cü ilin ölkəmizdə "İKT ili" elan olunduğunu, bu baxımdan tədbirin mühüm əhəmiyyət kəsb etdiyini söylədi, tədbirin təşkilatçısı Dilarə Əlisutanovaya və şagirdlərə təşəkkürünü bildirdi.