Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə şagirdlərin təhlükəsizliyi məqsədilə maarifləndirici tədbir keçirilmişdir

Tarix:1-03-2015, 17:33

Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə şagirdlərin təhlükəsizliyi məqsədilə maarifləndirici tədbir keçirilmişdir
FHN Sumqayıt Regional Mərkəzi ilə Abşeron rayon Təhsil Şöbəsi arasında razılaşdırılmış Tədbirlər Planına uyğun olaraq 1Mart Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusunda 27 fevral 2015-ci il tarixində Abşeron rayon Xırdalan şəhər 10№-li tam orta məktəbdə FHN Sumqayıt Regional Mərkəzin, məktəbin müəllim və şagird heyyətinin iştirakı ilə maarifləndirici tədbir keçirildi.

 Məktəbin direktoru Elnarə Həsənova tədbiri açıq elan edərək tədbir iştirakçılarını salamladı. O, FHN Sumqayıt Regional Mərkəzin təhsil müəssisələrində maarifləndirmə məqsədilə mütəmadi olaraq keçirdiyi bu cür tədbirləri yüksək qiymətləndirdiyini vurğuladı. Ümumdünya Müki Müdafiə Günü ilə əlaqədar FHN-nin bütün əməkdaşlarını təbrik edən məktəbin direktoru rəhbərlik etdiyi təhsil ocağında daim mülki müdafiə məsələlərinə önəm verildiyini və bu sahədə şagirdlərlə mütəmadi olaraq işlərin aparıldığını diqqətə çatdırdı.

Tədbirin təşkili və keçirilməsi mahiyyəti haqqında çıxış edən Sumqayıt Regional Mərkəzin baş məsləhətçisi Ceyhun Şabanov ilk növbədə tədbir iştirakçılarına Fövqəladə Hallar Nazirliyinin yaranma tarixi və fəaliyyəti barəsində məlumat verdi. Sonra o, “Fövqəladə hallar zamanı davranış qaydaları” və “112 qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzusunda çıxış edərək tədbir iştirakçılarına təbii və texnogen xarakterli fövqəladə hallar, onların baş verdiyi zaman düzgün davranış qaydaları, eləcə də 112 qaynar telefon xəttinin fəaliyyəti və ona hansı hallarda zəng etmələri haqqında məlumat verdi.  

“Elektriklə rəftar qaydaları”, “Dəm qazı təhlükəsi”, “Novruz bayramı ilə bağlı yanğın təhlükəsizliyi”, “Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi” kimi mövzularda çıxışlar edən Sumqayıt Regional Mərkəzin digər əməkdaşları eyni zamanda qeyd etdilər ki, Beynəlxalq Müki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart tarixində bu təşkilata üzv olan bütün ölkələrdə “Ümumdünya Müki Müdafiə günü” kimi qeyd edilir. Bu beynəlxalq qurum fövqəladə hallar baş verdikdə əhatə etdiyi ölkələrə yardım göstərir, həmin ölkələrdə mühafizə xidmətini inkişaf etdirir və əlaqələndirir. Azərbaycan Respublikası bu təşkilatın üzvlüyünə qəbul edildiyi üçün hər il onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Qeyd edildi ki, Beynəlxalq Mülki Müdafiə gününün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın gördüyü işin vacibliyinə cəlb etmək, eləcə də fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün məsuliyyət daşıyan əməkdaşların işini lazımınca qiymətləndirməkdir. Respublikamızda bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən əsaslı işlər görüldüyü kimi, Abşeron rayonunda da təbii fəlakətlərin və fəvqəladə hadisələrin qarşısını almaq və ya bu kimi hallarda xilasetmə işinin təşkili haqqında maarifləndirmə tədbirləri görülür.  

Belə bir tədbirin keçirilməsinə dəstək verdiklərinə görə Sumqayıt Regional Mərkəzinin bütün əməkdaşlarına minnətdarlıqlarını bildirən şagirdlər tədbirin sonunda şeir söyləyib, ədəbi-bədii kompozisiya
nümayiş etdirdilər.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib