Abşeron rayonunun Qobu qəsəbəsində Mübariz İbrahimovun doğum gününə həsr olunmuş möhtəşəm flashmob keçirilib .
Məktəb şagirdləri tərəfindən hazırlanan flashmob görənlərin marağına səbəb olub.
Şagirdlər sıra ilə öz yerlərini tutur. Nəticədə bax bu cür möhtəşəm bir görüntü ortaya çıxır.
Flashmob Abşeron rayonun Qobu qəsəbəsində şəhidlər parkının önündə düzənlənib.
Qəzənfər Xaliqov adına Qobu qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdləri Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş flashmob hazırlayıblar. Şagirdlərin hazırladıqları flashmob görənlərin marağına səbəb olub
Görüntülər dron çəkiliş vaistəsi ilə lentə alınıb.
Qeyd edək ki Azərbaycanın Milli qəhrəmanı , öz cəsarəti və igidliyi ilə hər kəsin rəğbətini qazanmış, ərazi bütövlüyümüz uğrunda gözünü qırpmadan düşmənin çoxsaylı texnikasını və canlı qüvvəsini məhv edərək adını tarixə yazdıran Mübariz İbrahimov nəinki ölkəmizdə Dünyanın hər bir yerində anılır. Adına filmlər çəkilir. Qobu qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdləriunin özlərinə məxsus Flashmob-u isə şəhidlərimizə dərin ehtiramın bariz nümunəsidir.