Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qanlı yanvar tariximizin şanlı səyfəsi

Tarix:17-01-2017, 14:34

Qanlı yanvar tariximizin şanlı səyfəsi

Azərbaycan xalqının milli mübarizə tarixi bir sıra vacib hadisələrlə yadda qalmışdır. Bu hadisələrin tariximizdə böyük hərflərlə yazılmasının başlıca səbəbi ümumxalq mübarizəsinin ortaya qoyulması və soydaşlarımızın hamılıqla milli ideallara dəstək verməsi ilə müşayiət olunmasıdır.

Qanlı yanvar tariximizin şanlı səyfəsi

Tariximizi vərəqləyərkən xüsusi dayandığımız nöqtələrdən biri də 1990-cı ilin qanlı 20 Yanvar günüdür. Bu gün Azərbaycan tarixində təkcə faciə kimi deyil, istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

Qanlı 20 Yanvar günü Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadısənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu sındıra bilmədi.

Millətimizin başına gətirilən bu cinayət SSRİ rəhbərliyinin iç üzünü bariz bir şəkildə ortaya qoydu. Əslində, imperiyanın Bakıda bu qanlı olayı törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü də puç oldu.

Qanlı yanvar tariximizin şanlı səyfəsi

Yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana yeridilən SSRİ-nin xüsusi təlim görmüş və xalqımızın qanına susamış erməni mənşəli əsgərlərin də olduğu qoşunlar Bakı küçələrində guya asayişi qorumaq, rusları millətçi cəbhəçilərin təhqir və ölüm təzyiqlərindən qurtarmaq niyyəti daşısa da, şəhərə girər-girməz qarşılarına çıxan kim varsa, qətlə yetirdilər. Azərbaycan xalqına qarşı tuşlanmış bu faicənin miqyası həm öldürülənlərin içində azyaşlıların, qadınların olması, həm də etnik baxımdan rus, yəhudi olan vətəndaşlarımızın da qətlə yetirilməsində görünürdü. Yəni sovet rəhbərliyini rusların asayışı deyil, Azərbaycanın haqq səsini qanla boğmaq maraqlandırırdı. Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.

O vaxt başda Əbdürrrəhman Vəzirov olmaqla Azərbaycan rəhbərliyində siyasi iradənin, milli prinsipiallığın olmaması, qətiyyətsizlik nümayiş etdirilməsi xalqı tankların qarşısında qoyub qaçmaqla nəticələndi. Guya bununla Vəzirov və komandası məsuliyyətdən yayınmaq istədi. Lakin Ə. Vəzirovun və əlaltılarının Sov. İKP. MK-nın əlində oyuncağa çevrilməsi artıq əvvəlcədən bilinirdi. 20 Yanvar günü isə xalqda olan bu əminlik əyani sübuta yetirildi.

Xalq o günlərdə böyük bir həqiqəti – meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin – qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Böyük liderin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi – özü də imperiyanın mərkəzində...

Qanlı yanvar tariximizin şanlı səyfəsi

Ötən əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də məxsusi yer tutur. Bu, bəşəriyyət, insanlıq, mənəvi dəyərlər, humanizm əleyhinə törədilmiş bir dəhşətli xəyanət idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı... “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olub. 1993-cü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublıkası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılıb və bu iş indi də davamlı olaraq həyata keçirilir. Hər il 20 yanvar günü Azərbaycan Prezidenti İlham Əliyev və dövlətin ən yüksək səlahiyyət sahibləri Şəhidlər xiyabanını ziyarət edir, əklillər qoyur, ən yüksək ehtiramlarını bildirirlər.

Qanlı yanvar tariximizin şanlı səyfəsi

Bu gün Azərbaycanda həm 20 Yanvar, həm Xocalı soyqırımını təbliğ etmək dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Bu qanlı faciə də daxil olmaqla bütün qan yaddaşımıza aid olan tarixi günlər müəllimlərimiz tərəfindən də daim gündəmdə saxlanılır və şagirdlər arasında təbliğ olunur. Bu gün erməni lobbisinin və diasporunun başlıca fəaliyyət istiqaməti Azərbaycan adının, ölkəmizlə, xalqımızla bağlı həqiqətlərin təhrif olunmasıdır. Bu baxımdan tək dövlət tərəfindən deyil, bütün ictimati sferalarda, disapor nümayəndələri arasında qan yaddaşımızın təbliğatı və lobbiçiliyimizin inkişafı başlıca meyar olmalıdır.

Hər il Abşeron rayonunda xalqımızın müstəqillik və azadlıq yolundakı mübarizə günləri və o cümlədən 20 Yanvar günü ilə bağlı silsilə tədbir-mərasimlər keçirilir.
Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun təhsil ocaqlarında 20 yanvar haqqında dərslər keçirilir, azadlıq və torpaqlarımız uğrunda şəhidlik zirvəsinə yüşksələn övladlarımız ziyarət edilir. Bu il də "20 yanvar unudulmayacaq" adlı tədbirlərə start verilib.


Beləliklə, bu il xalqımız 20 Yanvar hadisələrinin 27-cı ildönümünü qeyd etməyə, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlamağa, onların əziz xatirəsini böyük ehtiramla yad etməyə hazırlaşır. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Əminəm ki, şəhidlərimiz və Şəhidlər xiyabanı müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə bir qürur mənbəyi olaraq qalacaq və əzmkarlıq, şücaət, milli birlik epopeyası kimi xatırlanacaqdır.

Anar NAĞIYEV, jurnalist- hüquqşünas

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir