Bu ilin sentyabr ayına olan məlumata görə, Çində internet istifadəçilərinin sayı 604 milyon olub ki, bu da cari ilin iyun ayı ilə müqayisədə 66 milyon çoxdur.
Çində istifadəçilərin əksəriyyəti internetə mobil qurğulardan daxil olurlar. Onların sayı 464 milyona çatıb və sürətlə artmaqda davam edir.
Yüksək artım tempi sayəsində Çində internetin nüfuzetmə səviyyəsi 45 faizə çatıb. Bu parametr üzrə Çin orta dünya göstəricisini üstələyib.