Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Naira Ayrumyan: “Ermənistan suverenliyinin son hissələrini də Rusiyaya təhvil verdi”

Tarix:3-12-2013, 22:59

Rusiya dövlət başçısı Vladimir Putinin Ermənistana səfəri bu ölkədə ciddi narazılıqla qarşılanıb. Erməni ekspertlər səfər çərçivəsində imzalanan bir çox sənədlərin ölkənin maraqlarına uyğun gəlmədiyini düşünür. Ekspert Naira Ayrumyan “Lragir”ə bildirib ki, Putin Ermənistana çox qorxunc bir səfər reallaşdırıb: “Bu qorxu təkcə Ermənistanın Rusiya tərəfindən tam işğalı ilə bağlı deyil, həm də onunla bağlıdır ki, biz özümüz qapılarımızı işğal üçün tam şəkildə açdıq. Sərkisyan Ermənistanın olan-qalan 20 faizlik qaz müstəqilliyini də ruslara təhvil verdi. Sərkisyan prezident kimi qərar qəbul etmək səlahiyyətini Putinə təhvil verdiyi halda parlamentimiz pensiya islahatını müzakirə edir. Hansı islahatlar söhbət gedir, cənab deputatlar? Bir neçə ildən sonra siz deputatlar Rusiya pensiyası alacaqsınız, ona görə narahat olmayın. Sizin üçün haradasa Tver yaxınlığındakı qocalar evində yaşamaq üçün yer ayrılıb. Əgər Putin səfər vaxtı sizi görmək istəmədisə, deməli siz heç mövcud deyilsiniz. Qoy bundan sonra daşnaklar və digər fraksiyalar sinələrinə döyüb ölkənin müstəqilliyi və suverenliyi üçün mübarizə apardıqlarını iddia etməsinlər. Elə sizin alqışlarınızın sədası altında Ermənistan suverenliyinin son hissələrini də təhvil verdi. Tanınmış rusiyalı jurnalist Vadim Dubnovun Ermənistanı Rusiyanın ən yaltaq tərəfdaşı adlandırması da təsadüfü deyil. Qorxulu olan da elə budur. Yaxşı ki, ölkədə heç olmasa beş-on normal insan qalıb və onlar reallıqları görərək küçələrə çıxıb etiraz edirlər. Putin elə bilir ki, Ermənistanda heç kim yaşamır və ermənilərin hamısı Moskva küçələrində şaurma bişirirlər. Bir tərəfdən baxanda ermənilər elə İrəvanda da moskvalılar üçün şaurma bişirməklə məşğuldurlar. Putin səfər vaxtı özü də şəxsən etiraf etdi ki, Ermənistan onun üçün Zaqafqaziyaın təhlükəsizliyinin başladığı yerdir. O, hətta “ölkədəki Rusiya hərbi bazası Ermənistanın təhlükəsizlik sisteminin tərkib hissəsidir” deyən Sərkiysanın bu fikrini də dəstəkləmədi. Putin bildirdi ki, baza Zaqafqaziyadakı təhlükəsizliyin girovudur, sonra da öz-özünə düşündü-gör ermənilər necə xalqdır, hər şeyi bizim əvəzimizə edirlər. Putin ermənilərin hazırlığına təəccüb etdiyini də bildirdi. O, qeyd etdi ki, Rusiya Ermənistanın Gömrük İttifaqına daxil olmaq üçün göstərdiyi hazırlıq sürəti ilə ayaqlaşa bilmir. Putin bunun qarşılıqlı marağa əsaslanan razılaşma olduğunu desə də, bir dənə də olsun Ermənistana sərf edən rəqəm səsləndirmədi. Elə ona görə Putinlə birlikdə gələn rus jurnalistlərdən biri “Ermənistan bütün içalatı ilə birlikdə təslim oldu” ifadəsini işlətdi. Putinin səfərində ən qorxulu məqam ermənilərin reaksiyası oldu. Elə bil ki, heç nə olmayıb və ermənilər həmişə olduğu kimi yenə də rusların qarınaltısı olmaqda davam edir». “Azad demokratlar” partiyasının sədri Xaçatur Kokobelyan isə “Tert.am”a açıqlamasında bildirib ki, Putinin səfəri zamanı “ArmRosqazprom”un 20 faiz səhmlərinin də Rusiyaya satılmasının rəsmiləşməsi ilə sonuncu strateji obyektdə də tamamilə rusların nəzarəti altına keçib: “İndiyə qədər “Qazprom” “ArmRosqazprom”un 80 faiz səhmlərinə nəzarət edirdi, artıq 20 faizə də sahib oldular. Bununla da “ArmRosqazprom” ruslar tərəfindən tam işğal olundu. Təəssüf ki, uzun illər ərzində həyata keçirilən balanslaşdırılmamış siyasət nəticəsində strateji, hərbi və taktiki obyektlərimiz Rusiyanın nəzarəti atına keçib. Heç olmasa “ArmRosqazprom”un 20 faiz səhmi bizim nəzarətimizdə idi və ən azı bəzi məsələlərdə qərarı biz verirdik. Daha qərar vermə səlahiyyəti bizdə deyil”.

Akop Bədəlyan: “KTMT üçün “Ermənistanın maraqları” anlayışı yoxdur”

Ekspert Akop Bədəlyan isə bildirib ki, Rusiya Ermənistana satılan qazın qiymətini min kubmetr üçün 189 dollar müəyyən etməklə “ArmRosqazprom”»un səhmlərinin 100 faizini ələ keçirib: “Səhmləri ruslara verməklə qazın qiymətinin artırılmayacağına təminat almışıq. Amma bir məsələ yaddan çıxır ki, qazın qiyməti iyun ayında qaldırılıb və hökumət artımı subsidiyalaşdıracağını vəd edib. Rusiyanın qiymət vədinin nə vaxt qüvvədən düşəcəyi bəlli deyil. Yada salaq ki, 2006-cı ildə Sərkisyan və Köçəryan “Razdan” elektrik stansiyasının 5-ci blokunun 250 milyon dolların əvəzində ruslara satılması ilə bağlı müqavilə imzaladılar. Həmin vaxt Rusiya vəd etmişdi ki, müqavilə 3 il ərzində qüvvədə olacaq. Vaxt bitəndən sonra qazın qiymətini artırdılar. Həmin vaxt Köçəryan bildirdi ki, 3 il ərzində Ermənistan iqtisadiyyatının rəqabətqabiliyyəti artacaq. Nə 3 ildən sonra, nə 2008-2009-cu illər böhranından sonra, nə də indi Ermənistan iqtisadiyyatının rəqabətqabiliyyəti artmayıb, əksinə iqtisadiyyatımız köpük kimi partladı”. Bədəlyan qeyd edib ki, səfər zamanı Putin Ermənistanın Gömrük İttifaqına daxil olması istiqamətində bir sıra addımlar atılması ilə bağlı razılıq əldə etdiklərini bildirib və buna misal kimi Ermənistana güzəştli şərtlərlə silah satılacağını göstərib: «Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi Ermənistan silahı Rusiyanın daxili qiymətləri ilə alacaq”. Bu o deməkdir ki, Ermənistan 20 ildir KTMT-nin üzvü olsa da, silahı hələ indi güzəştli şərtlərlə ala biləcək. Ermənistan Rusiyadan silahları indiyə qədər hansı qiymətə alıb? Bu razılaşma niyə ancaq indi əldə olunub? Ümumiyyətlə Ermənistanın KTMT üzvlüyündə çox maraqlı məqamlar var. Təşkilatın üzvü Ermənistandaır, amma təşkilatın digər üzvləri olan Rusiya, Qazaxıstan və Belarus müasir silahları bizə yox, Azərbaycana satırlar. Ermənistan isə buna diqqət göstərmir. Serj Sərkisyan bir-neçə dəfə narahatlığını ifadə etsə də, heç kim ona fikir vermədi. Təşkilatın baş katibi Nikolay Bordyuja bildirdi ki, hər kəs nədənsə narazı ola bilər və burada fövqəladə nəsə yoxdur. Fövqəladə hal onda olardı ki, Sərkisyan ciddi siyasi qərarlar qəbul etmək iqtidarında olduğunu nümayiş etdirəydi. Onda KTMT üzvləri silah satışından əvvəl düşünərdilər. Amma KTMT-nin lider “üçlüyü” - Rusiya, Belarus və Qazaxıstan yaxşı bilirlər ki, Sərkisyan heç yerə qaça bilməz. 3 sentyabra qədər müəyyən şübhələr var idi, amma indi yoxdur. Ona görə KTMT üçün “Ermənistanın maraqları” anlayışı yoxdur. Ona görə də Rusiyanın Ermənistana ucuz qiymətə silah satışını bu kontekstdə dəyərləndirmək lazımdır. Silahlanma siyasi subyektivlik olduğu halda əhəmiyyət kəsb edir, əks halda metal yığınıdır”.

Elməddin Əmirov

Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Azərbaycan güclü idman dövlətidir
Azərbaycan güclü idman dövlətidir
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Birinci Qarabağ Müharibəsi şəhidləri Abşeron rayonu Mehdiabad qəsəbə qəbiristanlığında dəfn ediliblər
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Abşeronda beynəlxalq miqyaslı “COP29” tədbirinə dair sorğu keçirilib
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir