BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının Avropa bürosunun direktoru Vensan Koştel Bolqarıstan hökumətindən qaçqınların artmasına görə yaranmış humanitar vəziyyətlə bağlı təcili tədbirlər görməyi tələb edib.
Bolqarıstan Avropa İttifaqının ən kasıb ölkələrindən biri olmaqla yanaşı, ölkəyə üz tutan qaçqınlar axınının yerləşdirilməsində çətinlik çəkir. İlin əvvəlindən bəri qaçqınların sayı 11 min nəfəri keçib.
Qaçqınların çoxu Suriyada baş vermiş vətəndaş müharibəsi nəticəsində Türkiyəni keçərək Bolqarıstana gələnlərdir. Qəbul mərkəzlərinin dolması, dözülməz şərait və ərzaq çatışmazlığı Bolqarıstan hökumətini beynəlxalq ictimaiyyətdən yardım istəməyi məcbur etdi.
Elməddin Əmirov