Vitali Kliçko: Yanukoviç Ukraynanın strateji obyektlərini girov qoyaraq Rusiyadan kredit əldə edib
Ukraynanın Ali Radasındakı UDAR fraksiyasının lideri Vitali Kliçko bəyan edib ki, prezident Viktor Yanukoviç Ukraynanın strateji obyektlərini girov qoyaraq Rusiyadan kredit əldə edib.
Vitali Kliçko qeyd edib ki, məlumatlandırılmış mənbələrdən ona daxil olan məlumata əsasən, 15 mlrd. dollar həcmində olan kredit sazişi Ukrayna əmlakının girovu müqabilində imzalanıb”, deyə Kliçko vurğulayıb.
Bundan əvvəl boks üzrə dünya çempionu olan Vitali Kliçko Yanukoviçlə rinqdə görüşməyə hazır olduğunu bəyan edib.