Türkiyədə terrorçularla atışmada şəhid olanların sayı artıb.
Məlumata görə, atışmada yaralanmış hərbçilərdən biri xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, ilkin məlumatda atışma zamanı 2 hərbçinin şəhid olduğu, 5-inin yaralandığı bildirilirdi. Hadisə Diyarbakır əyalətinin Dicle rayonu ərazisində baş verib.