Yəmən Ərəb Respublikasında ata öz qızının nişanlısından başlıq əvəzi “Facebook” sosial şəbəkəsində 1 milyon "layk" istəyib.
qızın atası şairdir və onun yaradıcılığı internetdə bir o qədər populyar deyil. Atanın qeyri-adi istəyi bununla izah olunur.
Nəşrin məlumatına görə, Yəmən sakinləri nişanlının halına acıyırlar və öz gücləri imkanında ona kömək etməyə çalışırlar.Günlərdir yerli bloggerlər cütlüyün səhifəsini paylaşaraq “bəyən” sayını artırmağa çalışırlar. Bazar günü yaradılmış səhifəyə artıq 30 min bəyəni toplanıb.