Ermənistan prezidenti Armen Sarkisyan aprelin 9-də baş nazir Karen Karapetyanla görüşüb və və Nazirlər Kabinetinin istefasını qəbul edib. Bu barədə “News.am” saytına açıqlamasında prezidentin köməkçisi Asmik Petrosyan bildirib.
Qeyd edək ki, Ermənistan Konstitusiyasının 212-ci maddəsinə görə, hökumət respublikanın yeni seçilmiş prezidenti andiçdiyi gün istefa verir. Nazirlər kabinetinin istefası qəbul olunduqdan sonra parlament yeddi gün ərzində baş naziri səsvermə ilə təyin edir.
Konstitusiyaya əsasən, baş nazirin seçilməsi ilə bağlı parlamentin xüsusi iclası aprelin 17-də baş tutacaq. Nazirlər kabinetinin yeni tərkibi isə baş nazirin təyinatından 15 gün ərzində müəyyən ediləcək.