Rusiya prezidenti Vladimir Putin Ermənistanın yeni seçilmiş baş naziri Serj Sarkisyana zəng edib. “News.am”-a istinadən xəbər verir ki, Rusiya prezidenti yenidən baş nazir postuna seçilməsi münasibətilə Serj Sarkisyanı təbrik edib.
Tərəflər Ermənistan-Rusiya əlaqələrinin möhkəmləndirilməsinə dair səyləri və inteqrasiya proseslərini genişləndirməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, daha əvvəl Putin Sarkisyana təbrik teleqramı göndərmişdi