İranın mərkəzi hissəsində baş vermiş güclü zəlzələ nəticəsində ən azı 30 nəfər xəsarət alıb.İranın cənub-qərbində - Kohgiluyə və Buyer Əhməd vilayətinin Sisəxt şəhərində 5,3 bal gücündə zəlzələ olub.
Zəlzələ İran vaxtı ilə 8.38-də qeydə alınıb.
Yerin 8 km dərinliyində baş verən zəlzələ nəticəsində bəzi yerlərdə elektrik verilişi dayanıb, binalarda çatlar əmələ gəlib.
İnsan tələfatı ilə bağlı isə hələ məlumat yoxdur.