Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin 73-cü sessiyası çərçivəsində Monakonun xarici işlər və əməkdaşlıq naziri Gilles Tonelli ilə görüşüb.
Görüşdə nazirlər ikitərəfli münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.