Absheron Media
Haqqımızda Bizimlə əlaqə

ABŞ-da Azərbaycanın tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib

Tarix:8-02-2019, 15:36
Baxış Sayı:700

ABŞ-da Azərbaycanın tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib

ABŞ-ın Nevada ştatının Henderson şəhərində yerləşən, bu ştatın ən böyük sinaqoqlarından olan Ner Tamid Sinaqoqunda 6 fevral 2018-ci il tarixində Azərbaycanda mövcud olan tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir təşkil edilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Ner Tamid sinaqoqunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən sinaqoqun baş ravvini Sanford Akselrad hər kəsi salamlayaraq, Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələri, həmçinin Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş bu önəmli tədbirə evsahibliyi etmələrindən məmnun olduqlarını bildirib.

Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölkəmizin müstəqillik tarixi haqqında ətraflı məlumat verərək, 1918-ci ildə Azərbaycan xalqının tariximizin ilk respublikası olan Azərbaycan Demokratik Respublikasını (ADR) yaratdığını və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib.
Azərbaycanda mövcud olan dinlərarası harmoniya, qədim tolerantlıq və multikulturalizm ənənələri haqda ətraflı məlumat verən baş konsul əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. Baş konsul Azərbaycanda tarixən mövcud olan bu ənənələrinin qorunması və inkişafının, eləcə də multikultural dəyərlərin təbliğinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanın təcrübəsi müsəlman-yəhudi qardaşlığının və dostluğunun mümkünlüyünü göstərir.

Bundan başqa, N.Ağayev Azərbaycan və İsrail arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə ilbəil daha da genişləndiyini bildirib.

Baş konsul çıxışında həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasəti haqqında danışaraq, Azərbaycan torpaqlarının müdafiəsində ölkəmizin yəhudi vətəndaşlarının da iştirak etdiyini və hətta onlardan biri, 1992-ci ilin mayında Şuşa şəhərinin müdafiəsi zamanı qəhrəmancasına həlak olmuş Albert Aqarunovun Azərbaycanın Milli Qəhrəmanı olduğunu diqqətə çatdırıb.
Çıxışdan sonra N.Ağayev iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Tədbirdə həmçinin Azərbaycanda mövcud olan dinlərarası harmoniyaya həsr olunmuş film də nümayiş etdirilib.

ERMƏNİLƏR O TORPAQLARIN SAHİBİ OLMADIQLARINI ÖZLƏRİ BÜTÜN DÜNYAYA SÜBUT ETDİLƏR

Abşeron rayonunda səhiyyə işçilərinin peşə bayramı qeyd olunub

Masazırda şəhidlərin xatirəsinə bulaq istifadəyə verildi

15 İYUNDA ŞUŞADA DAHA BİR TARİX YAZILDI
15  İYUNDA ŞUŞADA DAHA BİR TARİX YAZILDI
Prezident İlham Əliyevin İƏT-in Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısında videoformatda çıxışı təqdim olunub

Azərbaycan və Türkiyə prezidentləri Şuşada “Xan qızı” bulağında olublar

“Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi

MİLLİ QURTULUŞ İDEOLOGİYASININ TƏNTƏNƏSİ

Abşeronda "Son zəng" qeyd olundu
Abşeronda
İki ölkəni birləşdirən dəyər - DOSTLUQ VƏ QARDAŞLIQ...

Azərbaycan iqtisadiyyatının yeni prioritetləri: – Gələcəyə açılan pəncərə

AZƏRBAYCAN PANDEMİYA İLƏ MÜBARİZƏDƏ NÜMUNƏVİ ÖLKƏ ADLANDIRILIB

Daha bir şəhid övladı sevindi - Aberonda

İradə Gülməmmədova şəhid övladları ilə görüşdü

Abşeron rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” qeyd edilib

Azad edilmiş bölgələrdə peşə məktəbləri inkişaf etdiriləcək

Prezident İlham Əliyev müharibənin bəzi əməliyyat planlarını açıqladı

Ağdam ağ günlərə doğru...
Ağdam ağ günlərə doğru...