Xəbər lentİ

Yaponiya gen terapiyası üçün preparatdan istifadəyə razılıq verib

15:56, 21.02.19
Oxunub: 999
DÜNYA
Yaponiya gen terapiyası üçün preparatdan istifadəyə razılıq verib


Yaponiyada gen terapiyasında ilk dəfə istifadə ediləcək dərmana razılıq verilib. Bu barədə qərar hökumət yanında ekspertlər komissiyası tərəfindən qəbul edilib.

Bildirilir ki, “AnGes” şirkəti “Collategene” adlı preparatın qeydiyyata alınması üçün müraciət edib. Bu dərmanın ayağın toxumalarının məhvinə səbəb olan qanın zəif dövranını tənzimləmək məqsədilə tətbiq ediləcəyi bildirilir.

Qeyd edək ki, son zamanlar gen terapiyası yeni nəsildə təkrarlanan irsi xəstəliklərin müalicəsində geniş tətbiq edilməyə başlayıb. Eyni zamanda, gen terapiyasından indiyədək müalicəsi və simptomların aradan qaldırılması üçün dərmanın tapılmadığı xəstəliklərdə də istifadə edilir. Belə preparatlar ABŞ-da və digər ölkələrdə tətbiq olunur.

“Collategene” preparatının tərkibində damarları yaradan və zədələnmiş ətraflarda qanın dövranını tənzimləyən genlər var.

Fikirlər

 Oxşar xəbərlər: