Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xocalı faciəsi müstəqil Azərbaycanın ən çətin sınağı olub

Tarix:26-02-2019, 13:25

Xocalı faciəsi müstəqil Azərbaycanın ən çətin sınağı olub


Xocalı faciəsinin ildönümü ilə əlaqədar Çinin paytaxtı Pekində anım mərasimi keçirilib.

Çin ziyalılarının, tələbələrin, ictimaiyyət nümayəndələrinin, diplomatik korpusun təmsilçilərinin, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlıların, Pekində fəaliyyət göstərən əcnəbi jurnalistlərin qatıldığı tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycan xalqının əsrlər boyu bir sıra ciddi sınaqlardan keçdiyini diqqətə çatdıran ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycan xalqının ağır və faciəli anlar yaşadığını bildirib. Yenicə müstəqillik əldə etmiş Azərbaycanın ilk sınağı torpaqlarının bir hissəsinin qonşu Ermənistan tərəfindən hərb yolu ilə işğal edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkünün yaranması idi. Lakin 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə yaşanan Xocalı faciəsi bu sınaqlardan ən çətini olub.

Səfir Ə.Zeynallı bildirib ki, mühasirədə olan şəhərdə bir gecədə əhali xüsusi amansızlıqla məhv edilib, əsir götürülüb və ya ağır yaralanıb. Bu hadisə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixində bir gecədə ən çox mülki adamın erməni silahlıları tərəfindən öldürülməsi idi.

Təəssüflə vurğulanıb ki, beynəlxalq ictimaiyyətdə bu faciə barədə məlumatsızlıq mövcuddur. O dövrdə münaqişə bölgəsinə ezam olunmuş tanınmış xarici mətbuat nümayəndələri bu qanlı hadisəni dünya ictimaiyyətinin diqqətinə çatdırsa da, lazımi hüquqi qiymət hələ də verilməyib. Məhz bu səbəbdəndir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün “Xocalıya ədalət” kampaniyasına start verilib. Artıq bir neçə ölkənin parlamenti bu faciəni törədənləri qınayan bəyanatlar və sənədlər qəbul ediblər. Xocalı faciəsi Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Qvatemala, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Paraqvay, Rumıniya, Sloveniya, Sudan və Cibuti, o cümlədən ABŞ-ın 24 ştatı və 57 ölkəni təmsil edən İslam Əməkdaşlıq Təşkilatı tərəfindən rəsmən tanınıb.

Səfir Ə.Zeynallı vurğulayıb ki, faciəni anmaq və müvafiq hüquqi qiymət verməklə, günahkarları cəzalandırmaqla bu cür hadisələrin gələcəkdə təkrarlanmasının qarşısını almağa nail ola bilərik.

Sonda Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti olub. Azərbaycandan olan musiqiçilər Samir Əsədov, Səbinə Rəhimova, Anar Əliyev, Orxan Cumayev və İradə Çumakovanın ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.

Xocalı faciəsi müstəqil Azərbaycanın ən çətin sınağı olub

Xocalı faciəsi müstəqil Azərbaycanın ən çətin sınağı olub

Xocalı faciəsi müstəqil Azərbaycanın ən çətin sınağı olub

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir