Xəbər lentİ

Tacikistan Prezidenti Novruz bayramının emblemini və rəmzini təsdiq edib

18:44, 05.03.19
Oxunub: 1 154
DÜNYA
Tacikistan Prezidenti Novruz bayramının emblemini və rəmzini təsdiq edib


Tacikistan Prezidenti Emoməli Rəhmon 2019-cu ildə keçiriləcək Beynəlxalq Novruz bayramının emblemini və rəmzini təsdiq edib.

Emblem dairəvi formadadır, Yer kürəsini simvolizə edir və ətraflarında iki qaranquş təsvir edilib. Aşağıda sağda və solda isə dövlət bayrağı, ortada səməni verilib və “Novruz-2019” sözləri yazılıb.

Novruzun rəmzi isə üst-üstə yeddi dairədən ibarətdir ki, bu da göy qübbəsini simvolizə edir və hər dairə milli ornamentlərlə bəzədilib. Sonuncu dairədə səməni təsvir olunub ki, bu da təbiətin oyanmasını bildirir.

Novruz bayramı emblemi və rəmzi Düşənbədə, habelə ölkənin digər şəhər və rayonlarında park və xiyabanları bəzəyəcək, idarələrin qarşısında qoyulacaq.

Tacikistan Prezidenti Novruz bayramının emblemini və rəmzini təsdiq edib

Tacikistan Prezidenti Novruz bayramının emblemini və rəmzini təsdiq edib

Fikirlər

 Oxşar xəbərlər: