Misir prezidenti Əbdülfəttah əs-Sisi bu il Yaponiyanın sədrliyi ilə Osaka şəhərində keçiriləcək G20 qlobal iqtisadi sammitində iştirak etmək üçün dəvət alıb.
Bu barədə Misir prezidenti dəftərxanasının rəsmi nümayəndəsi Bassam Radi məlumat verib.
Onun sözlərinə görə, Yaponiyanın Misirdəki səfiri ölkəsinin baş naziri Sindzo Abenin dəvətini Misir prezidentinə təqdim edib.
B.Radi bildirib ki, Misirin bu mötəbər tədbirdə iştirakı ölkənin Afrika qitəsində tutduğu mövqeyi və bu il Afrika Şurasında sədrliyinin əsasında baş tutacaq. Misir prezidenti sammitdə ölkəsinin inkişafı və aparılan iqtisadi islahatlar sahəsindəki təcrübəsini bölüşəcək, Afrika qitəsinin inkişafı üçün beynəlxalq səylərin fəallaşması yolları barədə ölkəsinin baxışını təqdim edəcək.