Xəbər lentİ

Pakistan Hərbi Hava Qüvvələri “JF-17 Thunder” qırıcı təyyarəsində quraşdırılan silahı sınaqdan keçirib

13:25, 14.03.19
Oxunub: 1 155
DÜNYA
Pakistan Hərbi Hava Qüvvələri “JF-17 Thunder” qırıcı təyyarəsində quraşdırılan silahı sınaqdan keçirib


Pakistan Hərbi Hava Qüvvələri “JF-17 Thunder” qırıcı təyyarəsində quraşdırılan yeni silahı sınaqdan keçirib.

Bu barədə Pakistanın “The Express Tribune” qəzeti məlumat yayıb. Qeyd olunur ki, bu uğurlu sınaqdan sonra “JF-17 Thunder” gecə və gündüz yüksək dəqiqliklə müxtəlif hədəfləri nəzarətdə saxlaya biləcək. Yeni silah pakistanlı mütəxəssislər tərəfindən quraşdırılıb.

“JF-17 Thunder” qırıcıları “Pakistan Aeronautical Complex” və Çinin “Chengdu AircraftIndustry Corporation” şirkətlərinin birgə layihəsidir.

Fikirlər

 Oxşar xəbərlər: