Xəbər lentİ

Türkiyə ilə Rusiya arasında yüksək səviyyədə görüşlər keçiriləcək

18:19, 27.03.19
Oxunub: 922
DÜNYA
Türkiyə ilə Rusiya arasında yüksək səviyyədə görüşlər keçiriləcək


Yaxın günlərdə Türkiyə ilə Rusiya arasında yüksək səviyyədə görüşlər keçiriləcək. Aprelin 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər edəcəyi, regional və beynəlxalq məsələlər üzrə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacağı gözlənilir.

Bundan əvvəl, martın 29-da isə Türkiyənin Antalya şəhərində Ankara ilə Moskva arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Məlumata görə, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri – Mövlud Çavuşoğlu və Sergey Lavrovun sədrliyi ilə keçiriləcək Rusiya-Türkiyə birgə strateji planlaşdırma qrupunun 7-ci iclasında dünyanın müxtəlif bölgələrində, o cümlədən Cənubi Qafqazda vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılacaq. Müzakirələrin nəticələri aprelin 14-də Moskvada keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına təqdim ediləcək.

Fikirlər

 Oxşar xəbərlər: