Xəbər lentİ

Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

17:45, 02.04.19
Oxunub: 1 138
DÜNYA / MARAQLI
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi


2008-ci ilin iyun ayından Abşeron Rayon İcra Hakimiyyəti ilə qardaşlaşan Bursa bələdiyyəsinin Yıldırım ilçəsinə bu ilin martın 31-də keçirilən bələdiyyə seçkilərində AK Partiyanın namizədi Oktay Yılmaz, 56,30 % səslə İlçənin yeni bələdiyyə sədri seçilib.

Oktay Yılmaz Azərbaycanın ən böyük rayonlarından biri sayılan Abşeronla Türkiyənin Bursa şəhəri arasında sıx əlaqələrin qurulmasına və inkişafına hər zaman dəstək göstərib, Abşeron rayon İcra Hakimiyyəti və Bursa vilayətinin yerli hakimiyyət orqanlarının birgə təşkilatçığı ilə keçirilmiş tədbirlərdə iştirak edib.

1977-ci ildə Ərzurumda anadan olan Oktay Yılmaz orta məktəbi Bursada oxuyub. Kırıkkale Universitetinin Kompüter Mühəndisliyi fakültəsindən məzun olan O.Yılmaz 1983-cü ildən Bursada yaşayır. 1999-cu ildə Kompüter mühəndisi kimi ilk əmək faəliyyətinə başlayıb və hal-hazırda öz şirkətinin sahibidir. Əmək faəliyyəti dövründə bir sıra dövlət qurumlarında çalışıb, o cümlədən, AKP-də 2006-cı ildə başladığı siyası həyatında , 3 dəfə ardıcıl olaraq qəsəbə bələdiyəsinin sədir müavini , 2014-cü ildə isə Osmanqazi və Böyükşəhər bələdiyyə Məclis üzvü vəzifələrini icra edib .

AK Partiyanın Yıldırım qəsəbəsinin 17 dekabr 2017-ci ildə keçirdiyi qurultayda partiyanın qəsəbə üzrə sədri seçilib. 31 mart 2019-cu ildə Yerli İdarəetmə Seçkilərində Bursa şəhərinin Yıldırım bələdiyyəsinin sədrliyinə namizəd olan Oktay Yılmaz ingilis və ərəb dillərini mükəmməl bilir.

Ailəlidir. 3 övladı var.

Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi


Fikirlər

 Oxşar xəbərlər: